backend

PSİXOLOQLARIN İNTİHAR SƏBƏBİ-HƏMKAR DƏSTƏYİNİN OLMAMASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur  yazıçı,  filosof, ritorika sintezçisi  Emil  Çoran deyirdi ki, bu dünya əlimizdən hər şeyi ala bilər, bizə hər şeyi qadağan edə bilər, amma özümüzü yox  etməyi əngəlləməyə  heç  kimin  gücü çatmaz. 

Məşhur  yazıçı,  filosof, ritorika sintezçisi  Emil  Çoran deyirdi ki, bu dünya əlimizdən hər şeyi ala bilər, bizə hər şeyi qadağan edə bilər, amma özümüzü yox  etməyi əngəlləməyə  heç  kimin  gücü çatmaz.

Son  dövrlərdə  Azərbaycanda  intiharların  sayı xeyli artıb. Təəssüf ki intihar hallarının qarşını almaq mümkünsüzdür. Çünki kimin harda və necə intihar etməyini əvvəlcədən bilmək olmur.

2017 – ci il ilk ayındayıq. Son 27  günə  48  intihar  hadisəsi  baş  verib.  2016-cı ildə bütövlükdə 327 intihar hadisəsi qeydə alınmışdı. Xatırladaq ki,  2015- ci  ildə bu  göstərici  515  idi.   2015-ci  ildə  intihar  hadisələrinin  artmasına  səbəb  həmin  dövrdə  devalvasiya  prosesinin  olması  idi. Ölkədə  intihar  edənlərin  sayı  ilə  yanaşı, yaş  qrupu  da genişlənib. Belə ki, 11  və  ya  12 yaşlı  uşaqların  intihar  etməsi  faktları  ilə  də qarşılaşırıq. Bəs görəsən, ölkədə intiharların artmasının səbəbi nədir?
Mütəxəssislər qeyd edirlər ki, intiharların səbəbini – həqiqi və psevdo səbəb kimi ayıra bilərik. Həqiqi səbəblər odur ki, insan həqiqətən də  kəskin travma  yaşayır, həyatla  disbalans  yaşayır,  yaşamağın  heç  bir  mənasını  görmür.  Psevdo səbəb dedikdə isə, bu, çox zaman demonstrativlik xarakteri daşıyır, şəxs nümayişkarcasına hərəkət edir.  

İntiharla bağlı psixoloq Günel Aslanova TİA.AZ-a bildirdi ki: “Burada həm sosial, həm psixoloji, həm də digər amillərin təsiri var. Amma  ayrı-ayrılıqda  psixoloji  amillər  olmadan    hamısı  bir  bəhanə olaraq çıxış  edir. İntiharlar  ekstremal  situasiyalarda  ortaya çıxır. Bunlara iş  itirmək, boşanma, ailə  daxilində  konflikt  və s. daxildir. Amma  özü-özlüyündə  bu  faktlar bəhanədir. Çünki  bu  hadisələri  bir  çox insanlar  öz  həyatlarında  yaşayır, amma heç də hər kəs intihar etmir. Buna  görə  də  psixoloji  amillər  üzə  çıxır”.
Psixoloq  qeyd  etdi  ki, “ Boston  Sağlamlıq  və  Mənəvi  İnkişaf  Mərkəzinin  və  APA 12  kliniki  və  fövqəladə  krizis  Bölümün” (Moral  Development Boston Healthcare  System və  APA 12  Division  Section  on  Clinical  Emergencies  and Crises) mütəxəssisləri  psixoloqlar  arasında  intiharlarla  əlaqədar  maraqlı tədqiqat  keçirib. Tədqiqat  əsasən  4  istiqaməti  əhatə  edib:  suisid  səviyyəsi, risk faktoru, başqalarına olan təsir, kolleqa  dəstəyi.  Müəyyən  olunub ki,  psixoloqlar digər  insanlarla  müqayisədə  daha  çox  intihar  düşüncəsi  və  cəhdinə meyillidirlər. İntihar  səviyyəsi  ümumilikdə  ağdərili  psixoloq  qadınlar  arasında, ağdərili  psixoloq  kişilərlə  müqayisədə  daha  çoxdur. Qaradərili  psixoloqlar arasında  ntihar səviyyəsi aşağıdır.  Risk  faktoruna  gəldikdə  psixoloqlar  işləri ilə  əlaqədar  emosional  yanma  (burnout)  yaşadıqlarından  suisid  törətmək  üçün pozitiv  peşəyə  sahibdirlər. Araşdırmada o  da  müəyyən  edilmişdir  ki, psixoloqun  intiharı  digər  insanlarda  daha  çox  ümidsizlik  halları  yaradır. Əsas səbəb  kimi  isə  profilaktik  olaraq  kolleqa  dəstəyinin  zəifliyi  önə  çəkilir. G. Aslanova  bildirdi  ki  bu  səbəbdən  də “bir ölkənin ki, psixoloqu  intihar  edir..” miflərindən  ümidsizliyə  qapılmayaq. Araşdırmadan  göründüyü  kimi psixoloqların  intihar  düşüncə  və  cəhdləri  coğrafi  məkandan  asılı  olmayaraq dünyanın  hər  yerində  başqa  peşə  sahibləri  ilə  müqayisədə  daha  yüksəkdir, səbəblər  isə  onların  daha  çox  emosional  yanma (burnout)  yaşamaları  və kolleqa  dəstəyinin  zəif  olmağıdır. Bu  arada “Moral Development” nəzəriyyəsinin  müəllifi  psixoloq   Kohlberg  də  intihar  edib”. 

Sosioloq  Əhməd  Qəşəmoğlu  TİA.AZ-a  bildirdi  ki, 27 günə  48  intihar hadisənini baş verməsi çox  qorxunc  statistikadır: “ Bu o demƏkdir  ki, istər dövlət  məmuru  olsun,  istər  xəstə  olsun  bunlara  müşahidəçi  kimi  baxmaq lazım  deyil. Ciddi  işlər  görmək  lazımdır. Ciddi  iş  də  ondan  ibarətdir  ki,  indiki  vaxtda  ciddi  məmurlar,  ciddi  mütəxəssislərlə  oturub,  fəaliyyət  proqramı hazırlamalıdır. Bu  fəaliyyət  proqramında  belə  şeylər  elə – belə  mənim  sizə dediyim  bir  tövsiyyə  və  ya  bir  jurnalistin, bir  məmurun, deputatin  bir  söz deməyi  ilə  həll olunan  məsələ  deyil. Yəni, bu aydındır  ki, cəmiyyət  gün – gündən  mürəkkəbləşir, burdakı  məsələləri  elmi  təminatsız  həll  etmək mümkün  deyil. Televiziyada  maarifləndirməylə  bağlı  verilişlər, başqa  hadisələr  ötəri  təcili  yardım  metodlarıdır. Amma  məsələni  fundamental  həll etmək  istəyiriksə  və  bu  rəqəmin  gələn  ay daha  da  çox  olmasını  istəmiriksə,  biz  mütəxəssislər  birgə  yığışıb  bir  fəaliyyət  proqramı  işləməliyik. Fəaliyyət  proqramında  mütəxəssislər  tərəfindən  təklif  olunmuş  sosial – psixoloji  mexanizmlər  sayəsində  məlum  olacaq  ki, biz  təbliğatımızı  necə  aparmalıyıq, insanlarla  necə  işləməliyik. Cəmiyyətdə  şərait  yaradılmalıdır ki, hər  kəs öz  potensialını  ortaya çıxarsın.  Bunun  əsas  motivərindən kasıbçılıqdır  demək  yalan  söz olar. Bu, yalnız  iqtisadi  məsələlərlə  bağlı  deyil. Çünki  ölkədə  50-ci  illərdə  də  bundan  ağır  iqtisadi  vəziyyət  olub. Burda  həm  mənəvi, həm  də  psixoloji  məsələlər  var. Sosial  psixologiya  elmi  bizi əsaslandırır ki,  istənilən  davranışa  təsir edən  3 ciddi  amil  var: 1-ci mühit,  2-ci informasiya, 3-cü də insanların  üstünlük  verdiyi  dəyərlər.  Biz  bu  gün aydınlaşdırmalıyıq  ki, mühitimizdə  hansı  zəruri  dəyişikliklər  etmək  lazımdır. İnformasiyanı  hansi  siyasətlə, hansı  mexanizmlərlə  işləməliyik. İnsanların  dəyərlərinə  nə  cür  təsir  edə  bilərik. Min  illlərdi  bütün  dini  kitablar, peyğəmbərlər,  müdrik  insanlar  bizə  deyir  ki,  o cəmiyyətdə ki  maddi  dəyərlər  get-gedə  qabağa  keçib  mənəvi  dəyərləri  sıxışdırdı,  orda  kriminal  hadisələr, gərginlik, xoşagəlməyən  hadisələr  qaçılmazdır. Buna  görə  də  biz  başa  düşməliyik  ki, bunlar  simptomlardı, bunların  çox  artması ölkənin  imicinə  də  ziyandır,  siyasi tərəfdən  də  yaxşı divident  gətirmir. Ona  görə  də  təcili  savadlı  mütəxəssislərlə,  ciddi  məmurlarla müzakirə  edib  qərar  qəbul  etmək  lazımdır. Bunun  inzibati  tərəfi,  mənəvi  tərəfi  hansıdır. Çox  təəssüf  ki, artıq  5  ildir mən bu haqda deyə-deyə  qalmışam. Həmçinin deyirəm ki  il-ildən daha da pis olacaq. Bu cəmiyyətin qanuauyğunluğudur. Bu  proses  gələn  aylarda  da  olacaq –  burda təkcə intihardan söhbət  getmir,  ailədaxili  münasibtlərdə  gərginlik, zorakılıq, boşanmalar, xəyanət, adam öldürmək, oğurluğun  artması və s. Ciddi  düşüncə  sahiblərinə,  müvafiq  təşkilatlara  demişəm  ki , gəlin  bu  sahədə  əməkdaşlıq  edək. Təkliflərim, fikirlərim var, lakin  hər  kəs çiynin çəkir. ”.

NİLUFƏR