PSIXOLOQLAR JURNALİSTLƏRİ NİYƏ QINAYIR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçay rayonun Çərəkə kəndində qandondurucu hadisə verib. 37 yaşlı Sadiq Rüstəmov qohumu tərəfindən amansızcasına balta və bıçaqla qətlə yetirilib.  Göyçay rayonun Çərəkə kəndində qandondurucu hadisə verib. 37 yaşlı Sadiq Rüstəmov qohumu tərəfindən amansızcasına balta və bıçaqla qətlə yetirilib. 

Onun azyaşlı övladı bu hadisəni detallıca danışır: “Birinci baltanı vuranda atam aa eledi sonradan nəsə yavaşca fıs elədi. Atamım başına balta ilə vurdular. Sonra eyvanda nəyisə sürüməyə başladılar”.

Televiziyada azyaşlı uşağın hadisəyə münasibət bildirməsi, xırda detallara kimi öldürülən atasının hansı səslər çıxarmasını ifadə etməsi bəzilərinin yadından çıxsa da, o körpə uşaq beynindən silinəcəkmi?

Görəsən, televiziya işçiləri ölüm hadisələrində kiçik yaşlı uşaqları niyə danışdırırlar, psixikası zədələnmiş körpələrin yaddaşını niyə təzələyirlər? 

Psixoloq Fərqanə Mehmanqızı hadisə ilə bağlı TİA.AZ-a bildirdi ki, bu usaqlar artıq riskli qrupdu, travmalıdı: “Hətta qanunda da dəyişiklik oldu ki, olmaz. Hadisə qurbanı, zərərçəkmişin psixi vəziyyətinə uyğun olmalıdı. Bu olay uşaqlarda çox ağır travma qoyur. Nəzərə alsaq ki, o uşaqlar psixoterapiya almırlar və bu hadisəyə baxış eyni qalır. Belə hadisələr uşaqların xarakterində, həyat tərzində müəyyən problemlər, gərəksiz xasiyyətlər əmələ gətirəcək. Uşaqların həyat stilini bu hadisələr əhatələyə bilər. O, artıq hər şeyə faciəvi şəkildə baxacaq, insanlara güvənməyəcək, aqressiv birinə dönəcək”.

Ailə müşaviri Zaur Tahirsoy bildirdi ki, adətən 6 yaşına qədər uşaqlar ölümün nə olduğunu anlasalar da ölümün geridönülməz bir yol olduğunu dərk etmirlər: 

“Onlara bu hadisə keçici səfər kimi gəlir. Əgər körpənin ətrafında məlumatlı biriləri olarsa, uşaq həmin dövrü psixo-travma almadan keçə bilər. Əks halda bütün həyatı boyu onu müşayət edən qalıcı mənfi izlər saxlaya bilər. Valideynin ölümü barədə kiçik uşağından müsahibə almaq, həm jurnalistin qeyri -peşəkarlığını, həm də o hadisəni ən incə detallarına qədər danışan övladın zatən psixo-travmalı olduğunu göstərir. Ümumiyyətlə, bu mövzularda ciddi maariflənmə işləri aparılmalıdır ki, iş-işdən keçməmiş qarşısını almaq olsun”.

İlahə