Psixoloqdan valideynlərə XƏBƏRDARLIQ

Psixoloqdan valideynlərə XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müasir məktəb uşaqları yalnız dərs proqramının sıxlığı ilə deyil, həm də sosial təzyiqlərlə üzləşirlər. Psixoloqlar bildirirlər ki, həddindən artıq dərs yükü, əlavə məşğələlər və həmyaşıd qruplardan gələn gözləntilər uşaqlarda stres, narahatlıq və emosional yüklənməyə səbəb ola bilər. Bu vəziyyət həm akademik performansa, həm də psixoloji sağlamlığa mənfi təsir göstərir.

Uşaqlarda dərs yükü və sosial təzyiq – psixoloqlar nə deyir? Hansı tövsiyyələriniz olardı?

 

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, “bizim vaxtımızda bu qədər gözəl məşğələlər yox idi. Heyif bizi də bu cür böyütmədilər” düşüncəsiylə valideynlər övladlarını yükləyir.

A. Ələkbərovanın sözlərinə görə, hətta musiqi terapiyasından istifadə edirik, amma buna baxmayaraq çətinliklər olur. Solfediyo dərsindən əziyyət çəkən uşaq deyir ki, “bilmirəm məktəb tapşırıqlarını edim, yoxsa solfediyonu edim”. Belə uşaqlar özlərini yüklənmiş hiss edir.

Psixoloq qeyd edir ki, ümumi götürəndə, məktəblərin bir aydır başlamağına baxmayaraq, hələ avqust ayının əvvəllərindən valideynlər övladlarını müəllim yanına sanki məcburi olaraq aparırlar. Bu gün də bizə müraciət edən uşaqların içlərində hətta yeniyetmələr də var ki, həmin problemləri daşıyırlar.

Valideynlərə tövsiyyə edən psixoloq bildirib:

“Övladlarınızı daşıya biləcəyi qədər yükləyin. Çalış məktəbi, dərsi bir cəza növü kimi tətbiq edərək, övladını yanılma. Çünki övladın Bir ömürlük məktəbə, Dərsə hər bir şeyə nifrət edəcək. Övladınız uğur qazanmaq əvəzinə, uğursuz bir durumda olacaq. Ümumiyyətlə uğurlu bir insan yetişdirmək üçün mütləq şəkildə onun düşüncə tərzinə, emosional zəkasına fikir verin. Emosional zəka nə qədər yüklənmə iş olsa, bir o qədər inkişaf etmiş olur. Amma məcburən nələrisə etdirib əzbərlətdikcə Onun düşün tərzində və emosional zəkasında xaoslar yaranır. Bu zaman uşaq oxuduqlarını əzbər olaraq öyrənir. İstifadəsini də bacarmır. Belə olduqda yorğunluq, təşviş pozuntusu, xroniki yorğunluq bir ömür boyu ondan əl çəkməyəcək”.

Dəniz Pənahova