Psixoloq valideynlərə XƏBƏRDARLIQ etdibackend

Psixoloq valideynlərə XƏBƏRDARLIQ etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Texnologiyanın tüğyan etdiyi bir dövrdə indi uşaqlarla yanaşı gənc nəsil, orta yaş qrupları da yuxudan əziyyət çəkirlər. Telefona yaranan aslılılıq onların yuxu rejiminə çox təsir edir. Bununla yanaşı həmin şəxslərdə aqressivlik yaranır. Saat 10-da boy hormonu aktiv olduğu halda uşaqlar gec yatır, bu da onların inkişafına mənfi təsir göstərir. Necə etmək olar ki, bu asılılıqdan insanlar qurtulsun, hər hansı bir metodu varmı, və ya nə tövsiyyə edərdiniz?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən psixoloq Aytən Ələkbərova çıxış yolunu sadaladı.

Psixoloq bildirib ki, həqiqətən də indi gənclər, yeniyetmələr arasında bu problem geniş vüsət alıb.

Psixoloqun sözlərinə görə, uşaq belədir ki, valideyn bir balaca övladına diqqət edərsə onun təbiidir ki, yuxu rejimini və ümumiyyətlə planlı, gündəlik həyatını disiplin şəkildə çox gözəl ötürməyi bacarır. Söhbət həqiqətən yaxşı valideyndən gedirsə… Yox, əgər TikTok platformalarında uşağını da səhərə qədər yanında saxlayır, qışqırır, dava edir və uşaq hər bir şeyin şahidi olursa təbiidir ki, o uşaq digər uşaqlardan daha başqa cür böyüyəcəkdir.

“Yəni böyüdükcə də ailəni təmsil edəcəkdir. Bəzən olur ki, uşaq evin güzgüsü olur, amma uşağın böyüyüb ailə qurduğu vaxtda ailə onun güsgüsü olur. Bunu da unutmayaq.

Digər tərəfdən axşam saat 10-dan sonra serotonin və boy hormonu artıq ifraz olunmağa başlayır. Bunun da nəticəsində övladlarımızın gələcəkdə boy problemi olmur, yuxu sistemində olan narahatçılıqlar onun yeniyetməlikdəki aqressiyasına təsir etmir. Və bu gün aqressiyadan əziyyət çəkən insanlar təbiidir ki, hər bir insanın, fərdin özünün öz psixi xüsusiyyəti, temperamenti və psixotipi var. O stereotiplərə əsasən də bunu valideynlər bacarmadığından övladının sanki buna aqressiya, dava ilə yanaşmasına səbəb olurlar. “Yat, heç kim olacaqsan, dərsə getməyəcəksən”, – kimi ifadələr sərgiləyərək yanlış mövqedə olurlar. Amma planlı şəkildə uşağın arzu və istəklərini, gələcək peşəsini belə nəzərə alıb onunla söhbət edirsənsə, psixotipi üzə çıxırsa bu zaman o uşağa qarşı atılan ilkin psixoloji addımlar o uşağın gələcək inkişafında və yuxu rejiminin düzəlməsində özünü göstərəcək.

Lakin bir şeyi də unutmayaq ki, metobalin hormonu azaldıqca yeniyetmədə yuxu sistemi aşağı düşür. Bunu telefonla bağlamayaq. Bəzi müəyyən məqamlar var ki, həqiqətən də çalışaq onu telefonun üzərində fokuslanmayaq. Mənfi təsir baxımından əlbəttə ki, telefon çox böyük əhəmiyyət kəsb edir. Amma bəzən də yeniyeymənin yuxusunun qaçma səbəbləri metobalin hormonunun aşağı düşməsidir ki, bu zaman yuxu həddindən artıq aşağı səviyyələrə enir ki, gecə saatlarına qədər oyaq qalıb səhər saatlarına qədər yatmaq istəyir. Bu isə yeniyetməyə xas olan, onun anatomik quruluşuna xas olan bir növ onun bioloji durumundan asılı olacaq bir məqamdır ki, burada da yenə deyirəm valideyn diqqətli olmalıdır. İkinci şəxsiyyət dövrü, hansı ki, 7 yaşda artıq özünü göstərməyə başlayır. Həmin vaxtdan övladı ilə olacaq düzgün rəftar, orqanizmasına olacaq düzgün diqqət, planlı şəkildə övladının sağlamlığını yetişdirmək istəyən valideynlərdən birbaşa asılı olduğuna görə buradan təbii ki, yeniyetmələrə yox, valideynlərə üz tuturuq.
Çünki yönəldən valideyndir.

Bəzən elə valideyn olur ki, övladını gətirir və psixoloqa belə qısqanclıqla yanaşır. “Niyə o, siz deyəni etdi, mən deyəni etmədi”, kimi şikayətlər edir. Övladına deyir: “Get, anan odur, get, səni o yönləndirsin”. Bu yönləndirmək deyil, sadəcə olaraq psixoloq onun övladının psixi xüsusiyyətini bildirdiyindən, onu dinlədiyindən ona düzgün istiqamət verdiyindən, onun xasiyyətibə, psixi ruhuna, 18 xüsusiyyətin möhürünü vuracaq xarakterinə uyğun olaraq addım atdığından təbiidir ki, onun övladını xilas etmiş olur”.