Psixoloq Ülviyyə sirr açdı: “Bu insanlar qəribə, mistik və…”

Psixoloq Ülviyyə sirr açdı: “Bu insanlar qəribə, mistik və…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şizotipal şəxsiyyət pozuntusu çox ciddi pozuntudur və bu halı yaşayan insanların heç bir yaxın münasibəti olmur. Onlar hadisələrə xarici deyil, daxili reaksiya verir, vəzi sosial hadisələrdə isə hədsiz dərəcədə həyəcan, küskünlük, şübhə və narahatlıq yaşayır”. Tribunainfo.az-ın xəbərinə görə, psixoloq Ülviyyə Murtuzova belə söyləyir. Onun sözlərinə görə, həmçinin, cəmiyyət arasında qəribə davranır, maraqlı düşüncələrə sahib olurlar: “Cəmiyyətdən izolyasiya olmaq onlar üçün çox pis bir hal olsa da, insanlarla münasibətdə həmişə məsafəli olurlar. Reallığa qarşı yadlaşma müşahidə olunur. Qəribə, mistik, batil inancları olur, realda olmayan insanlardan mesaj aldıqları ilə bağlı düşüncələri var. Duyğu, düşüncə və davranışlarında dağınıqlıq var. Danışığının qeyri-qəti və davranışlarının qəribə olması, interpersonal münasibətlərinin pozulmasına səbəb olur”.

Roman