Psixoloq Gülnarə İnanc deyir ki, sosial şəbəkələrə bağlılıq narkotik asılığı kimidir
Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə çıxış edən psixoloq Gülnarə İnanc sosial şəbəkələrin neqativ təsirləri və virtual təhlükələrə qarşı effektiv müdafiə olunmağın yolları mövzusu ilə bağlı fikirlərini bölüşüb.
O bildirib ki, müasir günümüzü sosial şəbəkələrsiz təsəvvür etmək mümkünsüzdür:
“Sosial şəbəkələrdən konkret məqsədlər üçün istifadə etmək olar, həm də tam əksi olaraq sistemsiz istifadə də mümkündür. Sosial şəbəkələrə bağlılıq narkotik asılığı kimidir. Ailələrdə kişi ilə qadının sosial şəbəkədən asılı olduğu halda canlı ünsiyyət qura bilmir. İnsanlar bütünlüklə sosial şəbəkəyə çəkiləndə ailə münasibətləri inkişaf etmir. Buna görə də ailə münasibətləri deqradasiyaya uğrayır və nəticədə parçalanmalar yaranır”.