PSİXOLOQ QƏNİRƏ BƏXTİYAR: “Qadınlarda eqoizm daha çoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Azərbaycanda qadınlara qarşı məişət zorakılığının xüsusiyyət və səbəblərinin araşdırılması üzrə sorğu keçirib.

 
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Azərbaycanda qadınlara qarşı məişət zorakılığının xüsusiyyət və səbəblərinin araşdırılması üzrə sorğu keçirib. Sorğu Lənkəran, Beyləqan, Füzuli və Şəmkirdə yaş həddi 18 yaşdan yuxarı olan 400 qadın arasında keçirilib. Respondentlərdən qadının öz statusunu necə dərk etməsinin vacib göstəricisi olan evli qadının döyülməsinə münasibətləri haqqında məlumat toplanıb.Qadınlardan hansı hallarda kişinin arvadını döyməyə ixtiyarı olub-olmaması haqqında soruşulub. Bura qadın xörəyi yandırdıqda, əri ilə mübahisə etdikdə, ərindən icazəsiz harasa getdikdə, uşaqlara nəzarət etmədikdə və cinsi əlaqədən imtina etdikdə halları daxildir. Sorğuda ərin arvadını qeyd olunan hər hansı səbəbə görə vurması və ya döyməsinə haqq qazandıran qadınlar da var. Qadınların 24.3%-i ərindən icazəsiz harasa getdikdə, 18.9%-i uşaqlarına nəzarət etmədikdə, 13.6%-i əri ilə mübahisə etdikdə, 8%-i cinsi əlaqədən imtina etdikdə, 5%-i isə xörəyi yandırdıqda arvadın döyülməsini haqlı sayır. Ümumilikdə rəyi soruşulanların təxminən 28%-i qeyd olunan səbəblərdən heç olmasa birinə görə ərin arvadını döyməsini düzgün sayır. İSİM-in həkim metodisti Raisə Əhmədova Beynəlxalq Qeyri-zorakılıq günün həsr olunan tədbirdə sorğuda yaşı 18-dən yuxarı olan ailəli, qeyri-rəsmi nikahda olan, boşanmış və dul qadınların iştirak etdiyini bildirib: “15-19 yaş kateqoriyasında olanlardan 14 nəfər (3,5%), 20-24 yaş arası 40 nəfər (10,0%), 25-29 yaş arası 59 nəfər (14,8%), 30-34 yaş arası 41 nəfər (10,3%), 35-39 yaş arası 37 nəfər (9,3%), 40-44 yaş arası 43 nəfər (10,8%), 45-49 yaş arası 56 nəfər (14,0%) və 50-54 yaşları əhatə edən kateqoriyadan 55 nəfər (13,8%) sorğuda iştirak ediblər. Sorğuda iştirak edənlərdən 216 nəfəri (54%) tam orta təhsilli, 84 nəfəri (21%) orta ixtisas təhsilli, 42 nəfəri (10,5%) ali təhsilli, 8 nəfəri (2,0%) ibtidai təhsilli, 3 nəfəri (0,8%) təhsil almayanlardır”.Qeyd edək ki, 28 faiz qadının “ərim istəsə məni döyər də, söyər də” deməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Azərbaycanda məişət zəminində baş verən cinayət hadisələrinin də əksəriyyəti məhz kişinin qadın üzərində zorakılığına əsaslanır. Nə yazıq ki, bir sıra qadınların psixologiyasında bu cür fikirlər ta qədim zamanlardan mövcud olub. xatırlayar. Demək ki, bu cür düşüncə keçmişdən bir sıra insanların psixologiyalarında hələ də qalıb.TİA.AZ-a açıqlama verən psixoloq Qənirə Bəxtiyar da həmcinslərinin döyülməsini normal  dəyərləndirən qadınlar barədə danışdı: “Qadınlar  kişilər kimi düşünmür. Çünki qadınlarda birlik, həmrəylik yerinə, eqoizm və özünün fərqli olması hissi üstünlük təşkil edir. Daha aydın izahını verməyə çalışacam.  Məsələn, qaynana və baldızlar gəlinlərin şiddət görməsinə niyə maraqlı olurlar?Bir səbəbi belədir.  Onların özləri də  yoldaşları, qardaşları tərəfindən bu keçmişi yaşayıb. Belə qadınlara görə gəlin onlardan fərqli və ya artıq xüsusiyyətlərə  malik olduğu üçün  bütün bunlara dözməlidir və ailədə bu adi haldır.İkincisi  isə insanlarda köhnə fikirlərin və psixologiyanın qalması ilə bağlıdır.  Köhnə filmlərimizdə buna aid sitatlara rast gələ bilərsiz. Məsələn,  “O olmasin, bu olsun” filmində “Arvad  kişidən nə qədər qorxsa, o qədər yaxşıdır” fikri. Qadınlarımızın çoxu orda bu fikri səsləndirən Məşədi İbad obrazının satirik obraz olduğunu və düşdüyü gülünc vəziyyəti anlamırlar. Çünki burda yazılmamış qanunlar, mentalitetdən gələn bəzi yazılmamış qanunlar insan psixologiyasına təsir edir. Və insanlar bu istiqamətdən çıxış edərək, qadına qarşı zorakılığa haqq verirlər. Biz, o ölkədə yaşayırıq ki, tarixdə bizim qadınlar kişilərlə birgə at belində, düşmənlə savaşda olublar.  Bu cür sorğularda qadına şiddətə haqq qazandıran insanlar  sadəcə,əksini deməklə mübarizə apara bilməyəcəyini və ya özü zorakılıqla üzləşibsə, başqa qadınların da bununla üzləşməsini istəyən  kütlədir. Təəssüf ki, bizdə bu qadın kütləsi çoxluq təşkil edir. Çünki qadınlara diplom  cehizinin bir hissəsi olaraq aşılandı və onların əmək fəaliyyətinə çox zaman ailə qurduqda icazə verilmədi. Bütün bunların qarşısını almaq üçün nə etməliyik? İlk olaraq qadınlarda sərbəst və sağlam düşüncə aşılanmalıdır. Kişilərin “Uşaq var işləmə, sən bacarmarsan” bəhanələrinin qarşısını almaq lazımdır. Bəli, uşaq böyütmək kimi müqəddəs və məsuliyyətli iş qadının öhdəliyindədir. Amma onun tərbiyə  və inkişafında  kişinin də rolu danılmazdır və onun da zəhməti olmalıdır. Bu zəhmət yalnız evə pul qazanıb, gətirməkdən ibarət deyil. Bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır.Qadınlara öz hüquqlarını və bacarıqlarını dəyərləndirməyi öyrətmək lazımdır. Bu maarifləndirmə işləri təkcə Bakıda deyil, bölgələrdə də , aparılmalıdır.Düşünürəm ki, qadınların  özlərinə olan inamsızlığı, aciz olmadıqları duyğusu  aradan qaldırılsa, onların şiddətə  rəğbətlə yanaşmasının qarşısı alınacaq”.
NÜŞABƏ
TİA.AZ