“Dəyanət bəylə son illər münasibətim olmasa da, 10 il əvvəl bir yerdə işləmişik. O, depressiv, emosional adam idi”.
“Dəyanət bəylə son illər münasibətim olmasa da, 10 il əvvəl bir yerdə işləmişik. O, depressiv, emosional adam idi”.
TİA.AZ xəbər verir ki, bu sözləri publika.az-a psixoloq Elnur Rüstəmov həmkarı Dəyanət Rzayevin intiharına münasibət bildirərkən deyib.
Psixoloq bildirib ki, D.Rzayevin əvvəllər də intihar düşüncəsi olub: “Hər şeyə tez reaksiya verirdi. Dəyanət suisidal adam idi, bu, onun ilk intihar düşüncəsi deyil. O zaman-zaman buna cəhd etmişdi. Eşitdiyimə görə, əvvəllər də intihar, həyat mənasızdır kimi düşüncələri olub. Bütün hallarda bizim üçün üzücü xəbərdir”.
D.Rzayevin intihar səbəbinə gəldikdə, E.Rüstəmov bu barədə danışmağın doğru olmadığını dedi:
“Bildiyim bəzi məqamlar var. Lakin yaxşı olar ki, onlar özləri danışsın. İntihar səbəbini araşdımaq ekspertizanın işidir”.