“PSG Finans” növbəti dəfə cərimələndi

“PSG Finans” növbəti dəfə cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“PSG Finans” Bank Olmayan Kredit Təşkilatı ilə bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, sözügedən BOKT İnzibati Xətalar Məcəlləsinin sosial və əmək hüquqları əleyhinə olan 192.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Işə 28 iyun tarixində Xətai Rayon Məhkəməsində baxılacaq. İş hakim Sülhanə Hacıyevanın icraatındadır. 3 gün sonra sözügedən BOKT-la bağlı qərar veriləcək.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar