“PSG Finans”ı 25 min manat cərimə gözləyirbackend

“PSG Finans”ı 25 min manat cərimə gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“PSG Finans” Bank Olmayan Kredit Təşkilatı qaydalara əməl etmədiyi üçün cərimələnib.

Tribunainfo.az xəbər verir ki, sözügedən BOKT İnzibati Xətalar Məcəlləsinin əmək hüquqları əleyhinə olan 192.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-

fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

İş Xətai Rayon Məhkəməsindədir. 20 iyun tarixində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə işə baxılacaq.

Qarşə tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar