“PSG Finans” BOKT-u 25 min manat cərimə gözləyirbackend

“PSG Finans” BOKT-u 25 min manat cərimə gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“PSG Finans” Bank Olmayan Kredit Təşkilatı növbəti dəfə qanunvericiliyin tələbini pozduğuna görə cərimələnib.

Tribunainfo.az xəbər verir ki, sözügedən BOKT-da aparılan yoxlama zamanı məlum olub ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsini pozublar. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

“PSG Finans” BOKT-la bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 2 sentyabr tarixində hakim Emin Mehdiyevin sədrliyi ilə işə baxılacaq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar