“PSG Finans” Bank Olmayan Kredit Təşkilatı 15 min manatadək cərimə oluna bilər.
Tribunainfo.az xəbər verir ki, sözügedən BOKT İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan 598.1.1-ci maddəsini pozub.
Tələbi pozulan maddəyə əsasən, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən müştərinin, onun nümayəndəsinin və ya benefisiar mülkiyyətçinin eyniləşdirilməsi, verifikasiyası və məlumatın sənədləşdirilməsi ilə bağlı tələblərə riayət olunmamasına görə, vəzifəli şəxslər 800 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 8000 manatdan 15000 manatadək məbləğdə cərimə edilir.
BOKT-la bağlı işə 9 aprel tarixində Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə baxılacaq.
Qarşə tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Roman