Prorektor işdən çıxarıldı

Prorektor işdən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevir Dövlət Universitetinin (MDU) elmi işlər üzrə prorektoru Veysəl Əyyubov vəzifəsindən azad olunub.

Teleqraf-ın yerli bürosunun əldə etdiyi xəbərə görə, o, işdən çıxmaqla bağlı ərizə yazıb.Prorektorun ərizəsi qəbul edilib.
Həmin vəzifəyə hələlik yeni təyinat olmayıb.

Qeyd edək ki, Veysəl Əyyubov 2015-ci il sentyabr ayından MDU-nun elmi işlər üzrə prorektoru işləyirdi.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2025-ci il aprelin 9-da imzaladığı sərəncamla Anar Eminov MDU-nun rektoru təyin edilib.