PROKURORLUQ “MEDERA HOSPİTAL”DAKI ÖLÜMÜ ARAŞDIRIR

PROKURORLUQ “MEDERA HOSPİTAL”DAKI ÖLÜMÜ ARAŞDIRIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Medera Hospital”ın plastik cərrahı Günel Bayramlının klinikanın Aygün Abbasova adlı əməkdaşını əməliyyat etməsi və xəstənin əməliyyatdan sonra vəfatı haqqında məlumat yaymışdıq.

Baş Prokurorluğun mətbuat xidmətinin əməkdaşı Əbdülsəməd Əzizli Axar.az-a açıqlamasında bildirib ki, faktla bağlı araşdırma davam edir.

“Sabunçu Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. Hazırda tibbi ekspertizanın cavabı gözlənilir. Nəticə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, – o deyib.

Qeyd edək ki, Aygün Abbasovanın bədənşəkilləndirmə əməliyyatı keçirdikdən sonra dünyasını dəyişdiyi barədə məlumat yayılıb. O, 5 iyunda dünyasını dəyişib.