Jurnalist Fərahim İlqaroğlunun anası Bahar Qasımovanın Stimul Hospitalda ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
“Martın 18-də 1967-ci il təvəllüdlü Bahar Qasımovanın Sabunçu rayonu ərazisində yerləşən “Stimul Hospital”da ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır”, deyə məlumatda qeyd edilir.
Fərahim İlqaroğlunun bildiridiyinə görə, anası İstanbul Klinikasından Stimul Hospitala köçürülüb. Orada ona sistem vuran zaman anası dünyasını dəyişib