“Prokter & Gembl Azərbaycan Servisləri” MMC-nin barəsində cərimə protokolu yazılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
İş hakim Ülviyyə Şükürovanın icraatına verilib.
Məhkəmənin ilkin hazırlıq iclası iyulun 19-na təyin edilib.
Qeyd: “Prokter & Gembl Azərbaycan Servisləri” təmizləyici vasitələr və şəxsi qayğı məhsulları istehsalı ilə məşğul olan şirkətdir.