“Prokter Gembl Azərbaycan” barəsində protokol tərtib edildibackend

“Prokter Gembl Azərbaycan” barəsində protokol tərtib edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prokter & Gembl Azərbaycan Servisləri” MMC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Səbail Rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürovanın icraatındadır.

Qeyd: 2006-cı ildə dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi İrakli Gabriadzedir.