“Prokter and Gembl Azərbaycan Servisləri” hakim qarşısında

“Prokter and Gembl Azərbaycan Servisləri” hakim qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Səbail rayon Məhkəməsində “Prokter and Gembl Azərbaycan Servisləri” MMC ilə bağlı növbəti işə baxılacaq.

Tribunainfo.az xəbər verir ki, MMC-nin İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozduğu məlum olub. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

“Prokter and Gembl Azərbaycan Servisləri” MMC ilə bağlı iş hakim Şəhla Süleymanovanın icraatındadır.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar