Bir mənzili bir neçə adama satmaqda ittiham edilən qalmaqallı “Progress-2016” MTK növbəti dəfə məhkəməyə verilib.
Tribunainfo.az xəbər verir ki, MTK ilə bağlı iddianı bu dəfə Həsənov Anar Hüseynqulu oğlu qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir.
“Progress-2016” ilə bağlı iş baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. 4 noyabr tarixində hakim Habil Əhmədovun sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, qalmaqallı və problemli tikinti şirkətinin sahibi həm də “Hayan E” MMC-nin hüquqi sədri Səməndərov Emil Tofiq oğludur. Şirkət neçə ildir payçılarla problem yaşamaqdadır. Məhz bu səbədən MTK və rəhbəri dəfələrlə məhkəməyə verilib.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar