“Progress-2016” MTK-nı məhkəməyə verən sakinlər artır

“Progress-2016” MTK-nı məhkəməyə verən sakinlər artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaşları aldatmış “Progress-2016” Mənzil Tikinti Kooperativi ilə bağlı məhkəməyə müraciət edən sakinləri sayı durmadan artır. Təkcə bir ay ərzində sözügedən MTK ilə bağlı məhkəmədə bir neçə işə baxılacaq.

Tribunainfo.az xəbər verir ki, “Progress-2016” ilə bağlı məhkəmədə iddia qaldıran sakinlərdən biri də Cəfərov Şahlar Eldar oğludur. İşin mahiyyəti müqavilədən əmələ gələn öhdəliklər və alqı-satqı müqaviləsi üzrə mübahisədir. İddiaçı həmçinin yaşayış sahəsi problemi səbəbindən məhkəməyə müraciət edib.
İşə Abşeron Rayon Məhkəməsində 25 iyul tarixində hakim Elçin Kazımovun sədrliyi ilə baxılacaq.

Eyni iddia ilə məhkəməyə müraciət edən digər sakin isə Nəcəfov Nazil Səyyaf oğludur. Hər iki işin mahiyyəti eynidir. Hər iki sakin mənzil alqı-satqısında aldadıldığını iddia edir. N.Nəcəfovun qaldırdığı iddiaya isə 24 iyul tarixində baxılacaq. İş eyni hakimin icraatındadır.

Yazıda adı çəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Roman