Xətai Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Elnarə Səfərovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 1 il 11 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. İş üzrə mülki iddia qismən təmin edilib. Təqsirləndirilən şəxsdən maddi zərərin əvəzi olaraq 19 715 manat məbləğində pul tutularaq, zərərçəkmiş şəxsin xeyrinə ödənilmasi barədə hökm çıxarılıb.
İttihama görə, Elnarə Səfərova “Profetech” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) 2021-2023-cü il tarixədək maliyyə direktoru vəzifəsində işləyib. O, işlədiyi müddət ərzində həmin MMC-nin bank hesabındakı pul vəsaitindən özünə məxsus kart hesabına aylıq əmək haqqından əlavə olaraq ümumilikdə 20488 manat pul köçürüb.
İstintaq dövründə Elnarə Səfərovanın barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmişdir.