Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professoru Elxan Allahverdiyev Ali Attestasiya Komissiyasının məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, professorun iddiasına Səbail Rayon Məhkəməsində baxılacaq.
İş hakim Rəna Qafarovanın icraatındadır. Məhkəmə çəkişməsinin səbəbi barədə açıq mənbələrdə məlumat yoxdur.
2021-ci ildən ADAU-nun professoru olan Elxan Allahverdiyev “Aqronomluq” fakultəsində dərs deyir.