Türkiyə Klinik Mikrobiologiya və Yoluxucu Xəstəliklər Dərnəyinin (KLİMİK) sədri Prof. Dr. Serap Şimşək Yavuz deyib ki, bu il ağcaqanadların yoluxduğu virusların yaratdığı Qərbi Nil qızdırması və Dengue qızdırması ilə bağlı çox diqqətli olmaq lazımdır.
Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki,onun sözlərinə görə, “Məsələn, Qərbi Nil qızdırması var, sonuncu dəfə 2019-cu ildə İstanbulda epidemiya baş verib. Bu, mərkəzi sinir sisteminə təsir edə bilən, yəni meningitə səbəb olan təhlükəli bir xəstəlikdir. Biz onu çox yaxından izləməliyik. Bir qrup ağcaqanad (Culex növləri) tərəfindən ötürülə bilər. O, həmçinin İstanbulda da aşkar edilən Aedes növü ağcaqanaddandır”.
Yay aylarında həddindən artıq istilər və rütubətli hava ilə əlaqədar artan yoluxucu xəstəliklər arasında ishal hal-hazırda öndədir. Türkiyə Klinik Mikrobiologiya və Yoluxucu Xəstəliklər Dərnəyinin (KLİMİK) prezidenti Prof. Dr. Serap Şimşək Yavuz bunun hər il gözlənilən mövsümi artım olduğunu qeyd edərək, qidaların uyğun şərtlərdə saxlanmasının və təmiz su istehlakının vacibliyinə toxunub.