Professordan Adanayla bağlı qorxunc proqnoz: Daha diqqətli olmalıyıqbackend

Professordan Adanayla bağlı qorxunc proqnoz: Daha diqqətli olmalıyıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyə Elmlər Akademiyasının üzvü professor Dr. Naci Görür mütəxəssislərin xəbərdarlığından sonra növbəti zəlzələnin güman edildiyi Adanayla bağlı açıqlama verib.

Tribunainfo.az xəbər verir ki, Tvitter hesabında paylaşım edən Görür “Dostlar, Adana haqqında çox soruşulur. Maraş zəlzələlərindən sonra Anadolu EAF/ÖD yarması boyunca 3,5-7,0 m cənub/cənub-qərbə doğru sürüşəndə, təbii ki, yerşünaslar Adana hövzəsi və Kipr üçün bir az narahat olurlar. Diqqətli olun. Hamınızı sevirəm” deyib.Professor əvvəlki yazısında Adanaya diqqət çəkərək  “Dostlar, Hatayda 6,4 və daha kiçik zəlzələlər oldu. Maraş zəlzələlərindən sonra Hatay və Adanada bu böyüklükdə zəlzələlər gözləyirdik. Celal Şengör və geoalim dostlarımız bunu açıqladı. Maraş, Adana və Kiprdə diqqətli olmalıyıq. Bu xəbərdarlıqlar bölgədəki stressin ötürülməsinə əsaslanır. Eyni şəkildə Malatya, Ovacık və Nazimiye-Karakoçanda da diqqətli olmalıyıq. Malatya ətrafında da oxşar səbəblərdən nöqsanlar var. Məsuliyyətlilərimizin çox, xalqımızın diqqətli, sevgi ilə olması faydalıdır.”