İstanbulda keçirilən zəlzələ və şəhər çevrilmə panelində çıxış edən Elmlər Akademiyasının üzvü, zəlzələ üzrə mütəxəssis Prof. Dr. Naci Görür, “Mərmərə bölgəsində zəlzələ baş versə və zəlzələnin təkərləri dayansa, Mərmərə bölgəsi dağılacaq, təkcə o deyil, bütün Türkiyə diz çökəcək. Bizim nə iqtisadi azadlığımız olacaq, nə də siyasi azadlığımız”, – deyib.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, İstanbul Podratçılar və İş Adamları Dərnəyinin (İMİDER) təşkilatçılığı ilə İstanbulda Zəlzələ və Şəhər Çevrilmə mövzusunda panel Eyüpsultan Mədəniyyət və İncəsənət Mərkəzində keçirilib.
Paneldə Elmlər Akademiyasının üzvü və zəlzələ üzrə mütəxəssis Prof. Dr. Naci Görür, Eyüpsultan Bələdiyyə Başçısı Dr. Mithat Bülent Özmen, İBB KİPTAŞ baş direktoru Əli Kurt və İMİDER Başçısı İrfan Tutacak, həmçinin dərnək nümayəndələri və çox sayda vətəndaş iştirak edib.