Professor: Dərsliyi oxumamış ona qol çəkmək olar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dərsliklərin məzmunu mükəmməl olmalı, milli mənafeyə xidmət etməlidir
 
 

Dərsliklərin məzmunu mükəmməl olmalı, milli mənafeyə xidmət etməlidir. Ona görə də hər dərsliyi çap etmək olmaz.

TIA.AZ-ın məlumatına görə, Təhsil Nazirliyinin “Təhsilin Məzmunu və Dərsliklər” üzrə Daimi Şurasının üzvü, professor Şahlar Əsgərov məsələ ilə bağlı APA-ya bildirib ki, sözügedən dərsliyin çap olunmasından şuranın xəbəri olmayıb: 

“Təhsilin Məzmunu və Dərsliklər” üzrə Daimi Şura yeni təşkil olunub, üç aydır işləyir. Həmin şuranın təşkil olunmasında məqsəd odur ki, bu cür səhvlər dərsliklərdə getməsin. Dərsliklərin məzmunu mükəmməl olmalı, milli mənafeyə xidmət etməlidir. Ona görə də hər dərsliyi çap etmək olmaz. O, hər baxımdan – məzmun və dövlətçilik baxımından ekspertlərdən keçməlidir. Güman edirəm, şura işləyəndən sonra bu cür qüsurlar olmaz. Bu, şuraya qədər olan fəaliyyətdən doğub. Dərslik çox əhəmiyyətli, böyük şeydir. Uşaqdan dindar da yarada biləsiniz, ateist də. Bu, dərsliyin məzmunundan asılıdır”.

Ş. Əsgərov əlavə edib ki, dərsliyin çapa getməsində cavabdeh olanlar cəzalandırılmalıdır: 

“Mən bilmirəm o dərsliyin çapa getməsinə kim qol çəkib. Hamı günahkardır. Dərsliyi oxumamış ona qol çəkmək olar? Əgər bunu texniki səhv kimi qəbul ediriksə, gərək onu düzəldək. Amma kimsə də cəza almalıdır ki, bir də belə olmasın. Şifahi tənbeh də cəzadır. Jurnalistlərin etirazları da müəllif üçün cəzadır. Mən düşünürəm ki, yeni yaranan şura dərsliklərdə bu kimi halların baş verməməsi üçün bilavasitə cavabdehdir. Çünki yeni yaranan şuranın tərkibində məsuliyyətini bilən insanlar təmsil olunur”.

Qeyd edək ki, X sinif “Всеобщая история”  dərsliyindəki xəritədə Türkiyə, Gürcüstan və Azərbaycan ərazisinin bir hissəsi “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin tərkibi kimi göstərilib.