backend

Professor: “Azərbaycanlıya atdığınız o yumruq…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rəcəb İvedik 5” filminin fraqmentdə türk və azarbaycanlı idmançının boks səhnələri ilə bağlı müzakirələr davam edir. 

“Rəcəb İvedik 5” filminin fraqmentdə türk və azarbaycanlı idmançının boks səhnələri ilə bağlı müzakirələr davam edir.

TİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş rolda Şahan Gökbakarın oynadığı “Rəcəb İvedik” filminin 5-ci seriyasının fraqmenti dünən təqdim olunub. Fraqmenti 14 saatda təxminən 2 milyon insan tərəfindən izlənib. Lakin filmdə azərbaycanlı idmançı ilə Recep İvedik arasındakı boks səhnələri mübahisələrə səbəb olub. Giresun Universitetində dərs edən Azərbaycan əsilli professor və akademik Aygün Attar filmdəki bu səhnələri sərt tənqid edib. 

Daha iki gün öncə Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin 25 illiyinin qeyd olunduğunu bildirən Aygün Attar filmdəki sözügedən fraqmentin iki ölkə arasındakı dostluq münasibətlərinə kölgə saldığını bildirib. Azərbaycanlı professorun filmlə bağlı Türkiyə mətbuatına ünvanlandığı məktubu olduğu kimi təqdim edirik:

“Fraqmentdə Türkiyə-Azərbaycan münasibətlərinə kölgə salan səhnələrə yer verilib. Belə ki, boks yarışında Azərbaycanı təmsil edən idmançı ilə Türkiyə milli yığımasını təmsil edən şəxs üzləşir. Azərbaycan bayrağını sinəsində daşıyan idmançı “Mən səninlə cəng etməyə gəlmişəm” deyərək yaxasında ay ulduzlu şanlı bayrağımız olan türk idmançıya nifrət dolu baxışlarla baxır və hücum edir. Rəcəb İvedik isə “Mən də sənin ağzını, burnunu qırmağa gəlmişəm” deyərək Azərbaycanlı idmançıya elə bir yumruq atır ki, o, bir anda başqa istiqamətə uçaraq yerə sərilir. Heç kim filmdəki bu səhnənin sadə bir komediya olduğunu və insanları güldürmək üçün edildiyini deyə bilməz!

Ümumiyyətlə, Azərbaycanda “Cəng etmək” ifadəsindən çox da geniş istifadə olunmur. Əsasən savaşmaq, döyüşmək və vuruşmaq deyirlər. Hətta ölüm məsələsi olsa belə, heç kim bir azərbaycanlıya türkə qarşı “Səninlə cənk etməyə gəlmişəm” cümləsini dedirdə bilməz! Belə ucuz nömrələrlə komediya hazırlayan və bunu edərkən çox çətinlik çəkdiyi hər halından bəlli olan Şahan Gökbakar da buna daxildir.

İkincisi, filmdə niyə məhz Azərbaycan ilə Türkiyə rəqib olub? Ətrafımızda bu qədər çox rəqibimiz var ikən, bir milləti iki dövləti təmsil edən qardaşları rəqib seçən “təfəkkür” bilməlidir ki, sırf filmin reytinq toplaması naminə belə səhnələrə yol vermək zarafat olsa da xoşagələn hal deyil!”

Üçüncüsü və ən əsası isə qardaş, dost, can Azərbaycan olmasa belə, dünyanın heç bir dövlətinin bayrağına komediya naminə yumruq atmaq, onu alçaltmaq qəbul edilməz haldır! Üstəlik söhbət bir millət, iki dövlət olduğumuz halda Azərbaycanın bayrağının aşağı səviyyəli filmdə belə təhqirə məruz qalması heç həzm olunmur və qətiyyən qəbul edilmir. Bütün türklər kimi azərbaycanlılar da öz bayraqlarına qarşı həssas olduğunu bilən film prodüserləri məhz polemika yaransın və beləliklə film pulsuz reklam olsun düşüncəsi ilə bu fraqmentlərə yer verib. Kommersiya üçün qardaşlığa zərər verməyi belə veclərinə almayıblar”.

Aygün Attar onu da bildirib ki, bununla bağlı ölçü götürüləcək və bütün hüquqi addımlar atılacaq:

“Özəl sektor olsa da, Azərbaycanda bunu Türkiyə tərəfindən edilmiş addım kimi qiymətləndirirlər. Azərbaycan Erməni işğalı altındakı torpaqların geri alınması üçün, Qarabağda şanlı ay-ulduzlu bayrağının dalğalanması üçün şəhidlər verməyə davam etdiyi vaxtda özəl sektor əli ilə olsa da, belə bir təhqiri Türkiyə adından edilmiş olaraq qəbul edir və bu ehtiyatsız davranış düşmən dəyirmanına su tökməkdən başqa heç nə deyil! Türkiyənin bütün ağrılarında Azərbaycan bütün qəlbi ilə onun yanında olduğu halda, “Azərbaycanın barmağına dəyən daşa Türkiyə dəsmal ilə yardıma qaçarkən” bilərək və ya bilməyərək bu münasibətlərə zərər vurmaq istəyən hər şeydən uzaq durmaq tarixi vəzifəmizdir. Türkiyə Cümhuriyyətinin bütün rəsmilərinin iki ölkəni 30 ilə yaxındır təmsil edən bir ziyalı olaraq hər kəsi bu məsələ ilə bağlı lazımi həssaslıq göstərməyə dəvət edirəm. “Rəcəb İvedik 5” filminin prodüserləri, atdığınız o yumruq əslində kimə və nəyə xidmət edir? Bütün hüquqi addımlar şübhəsiz atılacaqdır, amma zatən Anadolu qardaşının ağzının burnunun qırılmasına və bayrağına bir Türk tərəfindən yumruq atılmasına icazə verməz”.