Ölkədə kifayət qədər sığorta şirkəti olsa da, onların indiyə qədər kimisə razı saldığı ilə rastlaşmamışıq. Sığota müqaviləsinin vaxtı tamam olan kimi dayanmadan zəng edən sığorta şirkəti işçilərini hansısa fövqəladə hall baş verdikdən sonra tapmaq olmur. Büdcəsi vətəndaşın ödədiyi vəsait hesabına formalaşan bu şirkətlərin işi vətəndaşı cərimələmək, aylıq vəsait alıb heç bir işə yaramamaqdır.
Tribunainfo.az yazır ki, ay ərzində məhkəməyə verilməyən sığorta şirkəti yoxdur. Əksər şirkətlər haqqında məhkəmələrdə iddi qaldırılıb.
Apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, ölkədə ən çox məhkəməyə verilən sığorta şirkəti “Atəşgah Sığortadır”. Ötən ay olduğu kimi bu ay da “Atəşgah Sığorta” məhkəmə sayına görə rekorda imza atıb. Avqust ayında sözügedən şığorta şirkətinin 33 məhkəmə çəkişməsi var.
Tribunainfo.az sığorta şirkətlərinin aylıq məhkəmə sayını təqdim edir:
“Atəşgah Sığorta” 33 məhkəmə
“Azsığorta” 21 məhkəmə
“Xalq Sığorta” 18 məhkəmə
“Günay Sığorta” 14 məhkəmə
“Meqa Sığorta” 11 məhkəmə
“Atasığorta” 8 məhkəmə
“Azərbaycan Sənaye Sığorta” 5 məhkəmə
“A-Group” 2 məhkəmə