Bağırsaq sağlamlığı üçün vacib olan probiyotiklər, orqanizmə fayda verən canlı mikroorqanizmlərdir.
Tribunainfo.az bildirir ki, qatıq, kefir, turşu kimi qidalar probiyotik baxımından zəngindir.
Mütəxəssislərə görə, probiyotiklər:
İshal, qəbizlik, qaz və şişkinlik kimi həzm problemlərinə qarşı təsirlidir,
Arıqlama prosesini dəstəkləyir,
Yoğun və düz bağırsaq xərçəngi riskini azaldır,
Allergik reaksiyaları zəiflədir,
İmmunitet sistemini gücləndirir.
Gündə 1 stəkan kefir və ya 1 kasa qatıq istehlakı bağırsaq florasını qorumağa kömək edir. Həmçinin, probiyotiklərin təsirini artırmaq üçün prebiyotik mənbəli qidalar (soğan, sarımsaq, yulaf və s.) da rasiona daxil edilməlidir.
Pravda.az