“PRİQOJİNİN YOXLUĞU UKRAYNANIN XEYRİNƏDİR”

“PRİQOJİNİN YOXLUĞU UKRAYNANIN XEYRİNƏDİR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Girkin (Strelkov), Priqojin kimi adamların təcrid edilməsi və ya ləğv olunması Ukraynanın faydasınadır. Bu adamlar ordunun və ümumilikdə ölkənin real problemləri barədə müntəzəm məsələ qaldırır, ictimai müzakirə açır və cəmiyyətin diqqətini bu məsələlərə cəlb edə bilirdilər.

Tribunainfo.az yazır ki, politoloq Şahin Cəfərlinin fikrincə, xüsusən FSB-nin sabiq polkovniki İqor Girkin ultramillətçi çevrələrin səsi qismində çıxış edirdi və cəbhədəki real problemlər barədə toplumu məlumatandırıb, ictimai rəy formalaşdıraraq hakimiyyət üzərində basqı yaradırdı:

“Nəticədə dövlət qaldırılan məsələlərə reaksiya verməyə, problemlərin həlli üçün tədbir görməyə, yüksək rütbəli məmurlar öz komfort zonalarından çıxıb, iş görməyə məcbur olurdu.
Adı çəkilən adamların yoxluğu şəraitində artıq bu mövzularda səs çıxaran, etiraz edən qənaət öndərləri demək olar ki, qalmayıb. Bəzi hərbi blogerlər “Telegram”da həqiqətlər barədə danışsalar da, səsləri cılız çıxır. Nəticədə rus ordu iyerarxiyasında alışılmış korrupsion münasibətlər sistemi davam edir, məsələn, aşağı komandir heyəti yuxarılara hər şeyin yaxşı olduğu haqda raportlar yazmağa vadar olunur. Yuxarı komandanlıq da öz növbəsində ali baş komandana qələbə raportları təqdim edir.
Bu cür davam etsə, yaxşıdır”.