Priqojinin və Utkinin meyitləri tanındı

Priqojinin və Utkinin meyitləri tanındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təyyarə qəzasında həlak olduğu iddia edilən “Vaqner” xüsusi hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin cəsədi tanınıb.

Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Vaqner”in komandirlərindən biri məlumat verib.

Qeyd olunub ki, əsas əlamət meyitinin barmaqlarından birinin olmaması idi.Dmitri Utkinin meyitinin tanınması isə morqda boyunun uzunluğu və döymələri ilə müəyyən edilib.

Mütəxəssislər ölənlərin meyitlərinin tanınması üçün məhkəmə-tibbi ekspertizası keçirəcəklər.

Xatırladaq ki, dünən Priqojinin olduğu təyyarə Rusiyanın Tver vilayətində qəzaya uğrayıb.