PRİQOJİNİN TƏYYARƏSİ YENİDƏN BELARUSA UÇDU

PRİQOJİNİN TƏYYARƏSİ YENİDƏN BELARUSA UÇDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu, üsyanın yatırılmasından bəri dördüncü dəfədir ki, Priqojinin təyyarəsi Belarusa gəlir.

Tribunainfo.az UNİAN-a istinadən xəbər verir ki, Vaqner PMC-nin rəhbəri Yevgeni Priqojinin təyyarəsi yenidən Belarusda eniş edib.

Qeyd olunur ki, müşahidəçilərin fikrincə, təyyarə Belarusa Sankt-Peterburqdan gəlib.

O, sonuncu dəfə iyunun 27-də, iyulun 1-də və iyulun 11-də Priqojin Osipoviç yaxınlığındakı çadır şəhərciyində gecələdiyi vaxt uçub.

Xatırladaq ki, iyunun 24-də Rusiyada Vaqner PMC-nin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini devirmək üçün silahlı üsyana başladı. Üsyan günü Rusiya Aerokosmik Qüvvələri böyük itki verdi və “Vaqneritlər” demək olar ki, Moskvaya çatdılar.