PRİQOJİNİN ÖLÜMÜ QƏZA, YOXSA SUİ-QƏSD? – PENTAQON AÇIQLADI

PRİQOJİNİN ÖLÜMÜ QƏZA, YOXSA SUİ-QƏSD? – PENTAQON AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Tverdə qəzaya uğrayan şəxsi təyyarədə həyatını itirən rus muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin öldürüldüyünü iddia edib.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Tverdə qəzaya uğrayan şəxsi təyyarədə həlak olan Yevgeni Priqojinin öldürüldüyünü iddia edib.

Pentaqonun sözçüsü Briqada generalı Pat Ryde ABŞ-ın Priqojinin öldürüldüyünü düşündüyünü vurğulayaraq, “Müxtəlif amillərə əsaslanan ilkin qiymətləndirməmiz onun öldürüldüyünü ehtimal edir”, -deyib.

Ryde, qəzaya uğrayan şəxsi təyyarəyə “yer-hava raketinin atıldığına dair iddiaları təsdiq edəcək heç bir məlumat olmadığını” bildirdi və təyyarənin içərisində bombanın partlayıb-partlamaması ilə bağlı şərh verməkdən imtina etdi.