Priqojinin daha bir saxtakarlığı üzə çıxdı: “Baxmut mühasirədə…”backend

Priqojinin daha bir saxtakarlığı üzə çıxdı: “Baxmut mühasirədə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Vaqner”in sahibi Yevgeni Priqojinin Donetsk vilayətinin Baxmut şəhərini öz silahlılarının guya “mühasirəyə alınması” barədə yalan danışdığı faş olub.

Tribunainfo.az xəbər verir ki, bu barədə Milli Müqavimət Mərkəzi məlumat yayıb.

“Terrorçu Yevgeni Priqojin Baxmutun mühasirəyə alındığını iddia etdiyi bir video çəkib, lakin video əslində şəhərin kənarında belə çəkilməyib, çünki mühafizəçiləri onu ora buraxmırlar”, – məlumatda bildirilir.
Videodakı kadrlara görə, guya əsas “Vaqnerçi” düşmənin fevralın 20-də ələ keçirildiyini elan etdiyi Paraskoviyevka kəndindədir.
MMM videonun təxribat olduğunu və əhali arasında çaxnaşma salmaq üçün işğalçıların yaratdığı dezinformasiya kampaniyasının bir hissəsi olduğunu vurğulayır.
Mərkəz xatırladır ki, Priqojin ilk dəfə deyil ki, arxada ola-ola ön cəbhədə olduğunu deyərək saxtakarlıq edir.