Priqojin Nigerdəki çevrilişə dəstək verdi

Priqojin Nigerdəki çevrilişə dəstək verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaqner”in rəhbəri Yevgeni Priqojin Nigerdə baş verən hərbi çevrilişi dəstəkləyib.

Tribunainfo.az xarici KİV-ə istinadən  xəbər verir ki, o, Nigerdə nizam-intizam yaratmaq üçün qiyamçılara “Vaqner”in xidmətlərini təklif edib.

Priqojin qiyamı Qərb müstəmləkəçiliyindən xilas kimi qələmə verib.

“Nigerdə ​​baş verənlər Niger xalqının öz müstəmləkəçiləri ilə mübarizəsindən başqa bir şey deyil”, – deyə muzdluların lideri bildirib.

Xatırladaq ki, iyulun 27-də Niger hərbçiləri Prezident Məhəmməd Bazumun vəzifəsindən kənarlaşdırıldığını və respublika sərhədlərinin bağlandığını elan edib. Qiyamçılar tərəfindən devrilən M. Bazum xalqın onun prezidentliyinin nailiyyətlərini qoruya biləcəyinə ümid etdiyini bildirib.