Məlum olduğu kimi, Rusiyadakı “Vaqner” böhranının həlli üçün Belarus prezidenti Aleksandr Lukaşenko əvvəlcə Rusiya prezidenti Vladimir Putin, sonra hərbi təşkilatın rəhbəri Yevgeni Priqojinlə razılığa gəlib.
Tribunainfo.az xəbər verir ki, Priqojin gərginliyi azaltmağa və Rusiyada döyüşçülərin irəliləməsini dayandırmağa razılaşıb. Kreml rəhbərliyi ilə razılaşan Priqojin öz bazalarına qayıdacaqlarını açıqlayıb. Siyasi şərhçi Fuad Əliyevin saytımıza bildirdiyinə görə, Priqojin öz ölümünə fərman vermiş oldu.
Onun fikrincə, bu başkəsən banda başçısını çox yaşatmayacaqlar. Ekspert hesab edir ki, hələlik onun qüvvələri Ukrayna döyüşlərində lazımdır və Rusiya lideri Priqojinə toxunmayacaq. Siyasi şərhçi bununla belə bir müddət sonra “vaqner”çilərin Ukrayna meydanında zəiflədiləcəyini, nəhayətdə Priqojinin məhv ediləcəyini proqnozlaşdırır.
Dəniz
Tribunainfo.az