“Prior Leasing” şirkəti ilə bağlı cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, lizinq şirkəti İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
“Prior Leasing”lə bağlı iş baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib. 20 fevral tarixində hakim Gültəkin Əsədovanın sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, “Prior Leasing” ASC 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdi sahibkarlar tərəfindən təsis edilib. Şirkətin əsas fəaliyyəti yerli istehsalçılarla yanaşı, Avropa, ABŞ, Çin, Türkiyə və digər ölkələrdə olan xeyli sayda texnika istehsalçılarının məhsullarının nağd və ya 40% dövlət güzəştli lizinqlə satışını həyata keçirməkdir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Güılşən