Fransada prezidentliyə namizəd Fransua Fiyon növbəti qalmaqalla üzləşib.
Fransada prezidentliyə namizəd Fransua Fiyon növbəti qalmaqalla üzləşib.
TİA.AZ xəbər verir ki, bu barədə “Le Kanar Anşen” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Fiyon götürdüyü 50 min avro krediti deklarasiyaya daxil etməməkdə ittiham olunur.
Bildirlib ki, Fiyon 2013-cü ildə biznesmen və “La Revyü” jurnalının rəhbəri Mark Ladre Laşaryedən kredit götürüb.
Fransa qanunlarına görə, 760 avrodan çox bütün kreditlər deklarasiyaya daxil edilməlidir.
Qeyd edək ki, bir müddət əvvəl Fiyonun həyat yoldaşı heç vaxt işləməsə də, 8 il millət vəkili müşavirinin maaşını almaqda ittiham olunurdu.