Prezidentliyə namizəddən çağırış: “7 mərtəbədən hündür bina tikilməsi qadağan olunsun!”backend

Prezidentliyə namizəddən çağırış: “7 mərtəbədən hündür bina tikilməsi qadağan olunsun!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezidentliyə namizəd Fuad Əliyev Bakı və digər böyük şəhərlərdə 7 mərtəbədən hündür bina tikilməsinə rəsmi qadağa qoyulmasını təklif edib.

Tribunainfo.az-a danışan F.Əliyev bildirib ki, bununla bağlı dövlət qurumları konkret addımlar atmalı. Qanunverici orqan qərar çıxarmalıdır: “Xüsusən də Bakının göydələnlər bumu bürüyüb. Şəhərdə tikilən hündürmərtəbəli binalar həm həyat təhlükəsizliyi, həm ekoloji, həm də sıxlığın yaranması baxımdan bir problemə çevrilib. Mən təklif edirəm ki, sovet dövründə olduğu kimi 7, uzaqbaşı 9 mərtəbəli binalar tikilsin. Aidiyyatı qurumlara buna nəzarət tapşırığı verilsə, prosesin qarşısını almaq olar. Nəzərə alsaq ki, son zamanlar zəlzələlər tez-tez təkrarlanır, 19-20 mərtəbəli binalarda yaşayan daha böyük həyəcan, panika keçirirlər, o zaman belə bir addım atılması mümkündür”. F.Əliyev hesab edir ki, belə olduğu halda həm də sıxlıq yaranmayacaq, binaların həyət sahələri daha geniş olacaq, avtopark üçün şərait yaranacaq: “Mütəxəssislərin qeyd etdiklərdən anlamaq olur ki, birbloklu binalar təhlükəlidir. Çoxbloklu binalar da lentvari – dalğavari tikilməlidir ki, zəlzələ olarsa, təkanların gücü azalsın. Çünki dalğavari tikililər bir-birinə dayaq olur”.