backend

Prezidentlərin üzv olduğu, dünyanı idarə edən gizli təşkilatlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gizli təşkilatlardan bəzilərinin dünyadakı sistemi dəyişdirmək və insanları idarə etmək məqsədilə fəaliyyət göstərdiyi heç kəsə sirr deyil. Bu gizli mərkəzlərin bəziləri şiddət məzmunlu tədbirlər reallaşdıraraq qorxu salmaq məqsədi, bir qismi isə ruhi təmizlənmə mərasimləri təşkil etmək üçün yaradılıb. 

Gizli təşkilatlardan bəzilərinin dünyadakı sistemi dəyişdirmək və insanları idarə etmək məqsədilə fəaliyyət göstərdiyi heç kəsə sirr deyil. Bu gizli mərkəzlərin bəziləri şiddət məzmunlu tədbirlər reallaşdıraraq qorxu salmaq məqsədi, bir qismi isə ruhi təmizlənmə mərasimləri təşkil etmək üçün yaradılıb.


İlluminati Təşkilatı 

1776-cı ildə Almaniyanın Münhen şəhərində, Adam Veishaupt adlı kilsə hüququ professoru və Baron von Kniggenin rəhbərliyi ilə qurulan gizli birlikdir. İlluminati “İşıqlanmışlar” mənasını verir. Birliyin quruluş məqsədi cəhalətlə, təzyiqlə, mühafizəkarlara və kilsənin doğmaları ilə mübarizə aparmaq idi. Hər nə qədər əsl məqsəd işıqlanaraq azad düşüncəni və nyutonçu müsbət elmin önünü açmaq idisə, daha sonralar onların gizli siyasi məqsədlərinin olması qarşıya qoyuldu. İlluminati dünya siyasət tarixində ən çox sui-qəsd edən təşkilat kimi tanınır. İlluminati təriqətinin quruluş mənşəyi belə ifadə edilir: “Kilsənin düşüncə tərzinə antipatiya bəsləyən Qalileo Qalileyin elmilə vəhdətdə doğmalarla mübarizə aparmaq, parlaq gəncləri və ağıllı insanları yığaraq onlara azadlığın, azad düşüncənin və işıqlanmanın fəzilətlərini yaymaq”.

Masonluq


Mason sözü daş ustası mənasını verir. Başlanğıcda masonluq daş ustalarının meydana gətirdiyi bir ifadə idi. Lakin daha sonra səbəbi bilinmədən, daş ustası olmayan bir neçə adam bu təşkilata üzv oldu və bu axınla birlikdə yaranan yeni qrupa “Azad qəbul edilmiş mason” (free mason) deyildi. Dünyanın bir çox ölkəsində beş milyon üzvü var. Yalnız İngiltərə, Şotlandiya və İrlandiyada 480 min, Amerika Birləşmiş Ştatlarında isə iki milyona yaxın üzvü var. Masonlar üçün sirr və gizliliyin təməli olan simvolizm çox böyük əhəmiyyət daşıyır. Masonluqda simvollar, mason qanunlarını daha yaxşı izah etmək, öyüdləri yaddaşlarda yaxşıca yerləşdirmək və bunların uzunömürlü olmalarını təmin etmək üçün istifadə olunur. 

Opus Dei 2 Oktyabr 1928-ci ildə Madriddə sıravi keşiş Joze Mariya Albas tərəfindən qurulan İspan təşkilatıdır. Katolikliyə sadiq olanları toplayaraq Papaya Vatikan xaricində dəstək olacaq varlı və yaxşı təhsil almış elit təbəqə meydana gətirmək məqsədilə qurulan bu təşkilat indiki vaxtda Vatikanda ən nüfuzlu dünyəvi qurumdur. Gizli təşkilat olan Opus Deinin bütün üzvləri katolik vəzifəlilərindən meydana gəlir. Hər ölkədə təşkilatdan məsul kardinal var. Onlara görə, Papanın şəxsiyyəti, kilsənin də, papalıq mövqeyindən də üstündür. Papa tanrı-krallığının müqəddəs öndəridir. Bu təşkilatın 2.8 milyard dollar sərvəti, 15 universiteti, 97 texniki məktəbi, 36 ibtidai təhsil ocağı var.

Kəllə və sümüklər 

Kəllə və sümüklər 1832-ci ildə Vilyam Huntinqton Rasel və Alfonso Taft tərəfindən Yel Universitetində yaradılan gizli tələbə cəmiyyətidir. 150 il ərzində mindən çox üzvü olan təşkilat XIX əsrin ortalarından etibarən Avropada böyük marağa və gizli fəaliyyət göstərməsilə ətrafında söz-söhbətlərin yaranmasına səbəb olur.

ABŞ-ın 41 və 43-cü prezidentləri ata və oğul Buş, ABŞ-ın dövlət katibi Con Kerri, dünyanın məşhur milyarderlərindən Persi Rokfeller, ABŞ-ın ən böyük media rəhbəri Henri Lyus bu təşkilatın üzvü olub.

Corc Buş və Con Kerri 2004-cü ildə prezident seçkilərində rəqib olsalar da, eyni təşkilatda olduqlarını heç kim bilmirdi.

Kəllə və Sümüklərə yalnız ağdərili və protestant kişilər üzv ola bilərlər. Son illərdə qadınların təşkilata qəbul edilmələri barədə müxtəlif iddialar səslənsə də, bu barədə konkret fakt yoxdur. Gizli cəmiyyətə üzv olan tələbələrin adları, təşkilat daxilindəki vəzifə və dərəcələri universitet rəhbərliyi başda olmaqla ictimaiyyətdən gizli saxlanılır. Kəllə və Sümüklərə üzv olmaq üçün Yel Universitetinin sonuncu kurs tələbəsi olmaq ən əsas şərtdir. “Pledge” adı verilən namizədlər üçüncü kursda təhsil alarkən təşkilatın xüsusi nümayəndələri tərəfindən izlənilir və proses uğurla başa çatıqda namizədə təşkilata qəbul olunması barədə məlumat verilir. Bu təşkilata hər il 15-ə yaxın üzv qəbul edilir. Hazırda təşkilatın 2500-dən çox üzvü var.

Kəllə və Sümüklər təşkilatının mərkəzi binası məzar adlanır. Bu binanın pəncərələri olmur və təşkilat üzvləri əsas prosesləri buradan idarə edirlər. Kəllə və Sümüklərin İllüminatlar və Masonluq kimi gizli cəmiyyətlərin fəaliyyətindən təsirləndiyi ehtimal edilir. Hətta bəzi iddialara görə, Kəllə və Sümüklər əsasən Avropada fəaliyyət göstərən İllüminatlar gizli cəmiyyətinin ABŞ qanadını təşkil edir. Ancaq bu iddianın əsası yoxdur, belə ki, İllüminatlardan fərqli olaraq Kəllə və Sümüklər tələbə təşkilatıdır. Təşkilat hazırda fəaliyyətini davam etdirir və Yel Universitetində böyük nüfuza malikdir.

Bu təşkilat üzvlərinin özlərinə xas mərasimləri var. Onlar lüt soyunub tabuta girirlər və bu an ən məhrəm sirlərini izah etməyə məcburdurlar. Bunun adı ”İnisiasiya mərasimi”dir. Mərasim bitdikdən sonra tabutdan çıxan üzvlər yenidən doğulmuş hesab edilir. Rəvayətə görə, mərasimlərdə Apaçi lideri Ceronimonun başı qanla doldurulur və üzv qəbul edilən şəxs bundan içir. Bazar və cümə axşamı günləri saatlarını bilərəkdən 5 dəqiqə geriyə çəkirlər. Məqsəd isə gerçək dünyadan fərqli bir dünyada olduqlarını nümayiş etdirməkdir.

Trilateral Komissiyası 

Yeni Dünya Nizamını bütün dünyaya, yəni Şimali Amerika, Avropa və Yaponiyaya daha yaxşı yaymaq üçün yaradılmış və 1973-cü ildə David Rokefeller, Henri Kissenger və Zbigniev Brzezinski tərəfindən qurulmuş gizli təşkilatdır.

Bu təşkilat ilk olaraq Karter hökumətində böyük gücə çatdı. Hökumətdə Karterin özü də daxil olmaqla 20 əhəmiyyətli adam komissiyaya üzv idi. Komissiyanın digər üzvləri öndə gedən maliyyəçilər, sənayeçilər və alimlər idi. Buş və Klinton da Trilateral idilər.

Təriqətin simvolu bu şəkildədir: “Bir kürənin üç yanından üç üçbucaq uzanaraq kürənin ortasında görüşürlər amma birləşmirlər. Bunları birləşdirdiyiniz təqdirdə tək bir böyük üçbucaq meydana çıxır. Hər bir üçbucaq trilateralın üç bölgəsini işarələyir”.

Ku Kluks Klan Təşkilatı 

24 dekabr 1865-ci ildə ABŞ-da qurulan zənci əleyhdarı irqçi gizli təşkilatdır. Qurucuları Böyük sehrbaz olaraq bilinən Nathan Bedford Forrest, Kapitan Con Lester, Mayor Cemis Crov, Con Kennedi, Kalvin Cones, Riçard Rid, Frank Corddır. Ku Kluks Klan təşkilatı Amerika Vətəndaş Müharibəsindən sonra zəncilərin qazandığı hüquqlara, azadlıqlara və qara yarış-ağ yarış bərabərliyinə qarşı çıxıb. Məqsədlərinə çatmaq üçün şiddət və terrora müraciət etmişlər. Təşkilat iki dəfə dağılmasına baxmayaraq 1950 və 1960-cı illərdə təkrar canlanıb.

Bohemian Klubu  



1872-ci ildə qurulmuş təşkilatdır. ABŞ-ın qərbindəki elitalar bu birliyin üzvüdür. Respublikaçı başçı və başçı namizədlərinin hamısı bu birliyə üzv olub. ABŞ-ın hər əyalətində məbədləri var. Simvolları bayquşdur. Minə yaxın ABŞ-lı elit insan davamlı olaraq həftəsonu Kaliforniyada və ya digər əyalətlərdəki fermalarda toplanıb gizli mərasimlərini yerinə yetirirlər.

Gül Xaçlılar Təşkilatı 

16-cı əsrdə Avropada qurulan ezoterik təşkilatdır. Adı, gül və xaçda ibarət ən əhəmiyyətli işarələrindən törədilib. Qurucusu Kristian Rosen Kreuz olaraq bilinir. Lakin bəziləri təşkilatın qədim Misirdə cücərdiyini və Platon, İsa kimi din və fəlsəfə rəhbərlərinin də təşkilata üzv olduqlarını irəli sürürlər. Ancaq, təşkilatın tarixini 16-cı əsrdən daha qədim dövrə söykəyəcək heç bir dəlil mövcud deyil. Təşkilat 1630-cu ildə sehrbazlıq və dini azğınlıqda ittihama görə bağlanıb.

Majestik 12 Təşkilatı 

ABŞ prezidenti Harri Trumen tərəfindən 1947-ci ildə elm adamları, əsgərlər və dövlət səlahiyyətlilərindən yaradılan 12 üzvlü gizli təşkilatdır. Məqsədləri Rosvel hadisələrini və görüldüyü deyilən Uçan dairələri (UFO) araşdırmaqdır. Majestik 12 təşkilatı Dallas əyalətində ortaya çıxan UFO-ları və daha başqa yerlərdə “gerçəkdir!” olaraq sənədləşdirilən yadplanetli hadisələrini araşdırır. Bu sənədlər 1982-ci ilə qədər xalqdan gizlədilib.

Məbəd Cəngavərləri 

Məbəd cəngavərləri və ya Məsihin və Süleyman məbədinin cəngavərləri orta əsrlərdə Fransada və digər Avropa ölkələrində mövcud olmuş dini cəngavər təşkilatıdır. Birinci Səlib yürüşü zamanı ələ keçirilmiş Qüdsü ətrafdakı müsəlman dövlətlərindən qorumaq və bura ziyarətə gələn xristian zəvvarları mühafizə etmək məqsədilə Huqo de Peynin başçılıq etdiyi bir qrup cəngavər tərəfindən 1119-cu ildə yaradılıb. Təriqət Avropada bank və sələm sistemini genişləndirib. Fransa kralı IV Filipin 1307-ci il sentyabrın 22-də verdiyi göstərişə əsasən oktyabrın 13-ü, cümə günü ordenin Fransa ərazisindəki bütün üzvləri həbs olunaraq istintaqa cəlb edilib. Tampliyerlərə vurulan son zərbə 23-cü və sonuncu magistr olan Jak de Molenun tonqalda yandırılması olub. Təşkilat 1314-cü ildə papa V Kliment tərəfindən ləğv edilib.

Bilderberq Qrupu


Dünyanın ən güclü, planetin ən nüfuzlu və ən zəngin insanlarının, beynəlxalq və regional miqyaslı siyasi, iqtisadi, mədəni dairələrin, özəl biznes və bank sahəsinin ən nüfuzlu şəxslərinin illik qeyri-formal yığıncağıdır. Klubun mənzil-qərargahı Karneqi Fondunun Nyu-York ofisində yerləşir. Təşkilatın yaradılmasından sonra qarşıya qoyulan əsas məqsəd öz mərkəzi bankı, sonradan vahid valyutası olan Avropa superdövlətinin yaradılması və Avroatlantizm prinsiplərinin möhkəmləndirilməsi idi. Son hədəf isə vahid qlobal hökumətin yaradılması olaraq müəyyənləşdirilib. Klubun ilk toplantısının təşkilatçıları arasında Rokfellerlər Fondunun prezidenti Devid Rokfellerin və Karneqi Fondunun prezidenti Cozef Consonun adlarını çəkmək olar. Bilderberq klubunun təsis sammitində digərləri ilə yanaşı, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin, Londonun Kral Beynəlxalq Münasibətlər İnstitutunun, Şröder Bankının rəhbərləri, həmçinin “Nyu-York Tayms”, “Vaşinqton post” kimi mətbuat orqanlarının nüfuzlu təmsilçiləri də olub. Təşkilatın əsas sahibləri isə Lourens Rokfeller və Ed Rotşild idi – klub üzvlərini məhz onlar seçirdilər. İlk toplantıdan bəri hər dəfə yeni bir yerdə toplaşırlar. Onların tərkibi klubun rəhbər şurası tərəfindən diqqətlə seçilərək müəyyənləşdirilir. İştirakçılar bu konfransın nəticələrindən istifadə edə bilərlər. Lakin onların toplantıdakı çıxışların, iddiaların detallarını açıqlamağa ixtiyarları yoxdur.

Hazırda Bilderberq görüşlərində ildə 130 nəfərdən çox adam, o cümlədən, klubun daimi üzvləri iştirak edir. Onların arasında Roffeller, Rotşild sülalələrinin nümayəndələri, Avropa ölkələrinin bir sıra sabiq və hazırkı baş nazirləri, xüsusilə Böyük Britaniya, İspaniya, Niderland monarxiyalarının təmsilçiləri, Dünya Bankının keçmiş prezidentləri və meqakorporasiyaların rəhbərləri də var. Tez-tez NATO generalları, ABŞ prezidentləri və dövlət katibləri də görüşə gəlir.

Klubun 60 illik tarixindən artıq bir dövrdə mətbuata klubun iclaslarında nə baş verdiyi, kimin nə danışdığı haqda heç bir məlumat daxil olmayıb.

Şərqi Tamplierlər Ordeni Bu təşkilatın qurucusu Karl Kelner adlı avstraliyalı mason idi. Öz ifadəsinə görə üç adam tərəfindən özünə antik cadu və mistisizmin sirləri, habelə Hermetik İşıq Qardaşlığı birliyinin bir qolunu qurma vəzifəsi verilmişdi. Masonlardan fərqli olaraq qadınlar da bu təşkilatın üzvü idi. Kellner maraq sahələrindən biri cinsi cadular idi. Şərqdən Tantra seks üsullarını tətbiq edirdilər. Kişi və qadının cinsi mayelərin doğru şəkildə istifadəsinin fəlsəfə daşı kimi güc obyekti çıxaracağına inanırdılar. Qadınların üzv olunmasının səbəbi də bu idi.