Prezidentin yüksək vəzifə verdiyi Anar Məmmədov kimdir? – FOTO

Prezidentin yüksək vəzifə verdiyi Anar Məmmədov kimdir? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Anar Fərrux oğlu Məmmədov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni vitse-prezidenti təyin olunub. “Yeni Sabah” bildirir ki,  o bu vəzifəyə qədər 27 iyul 2016-cı ildən bəri “Petkim Petrokimya Holding A.”nin Baş direktoru vəzifəsində çalışıb. O, bundan öncə “SOCAR Enegy Greece” şirkətinin Baş direktoru olub.

Qeyd edək ki, Məmmədov Anar Fərruh oğlu 1971-ci ildə Bakı şəhərində anadan olub.

İngiltərənin Neft Tədqiqatları Kollecində, həmçinin TRİUM Executive MBA proqramı üzrə magistr dərəcəsinə yiyələnib.

2015-ci ildə “Magistral tranzit neft və boru kəmərlərinin texniki və iqtisadi istismarı”  mövzusunda doktorluq işini müvəffəqiyyətlə müdafiə edib. Bir sıra xarici şirkətlərdə müxtəlif yüksək vəzifələrdə işləyib.

2009-2014-cü illərdə “SOCAR Georgia Gaz” şirkətinin baş direktoru olub. Yeni təyinatından əvvəl o, “SOCAR Enegy Greece” və “Petkim Petrokimya Holding A.” şirkətinin Baş direktoru vəzifəsində çalışıb.