Prezidentin yeni köməkçisi kimdir? – DOSYEbackend

Prezidentin yeni köməkçisi kimdir? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kiimi, bu gün Azərbaycan Prezidentinə yeni köməkçi təyin edilib.

Prezident İlham Əliyevin yeni köməkçisi Andrey Vladimiroviç Sipilin həm də Prezident Administrasiyasında yaradılan Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri vəzifəsində çalışacaq.
Qeyd edək ki, bu təyinatdan sonra Prezident İlham Əliyevin köməkçilərinin sayı 11 nəfərə çatıb.

Andrey Sipilin bu günə kimi Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsində çalışırdı.

Modern.az saytı Andrey Sipilinin qısa dosyesini təqdim edir.

A.Spilin 1995-99-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 2000-2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb.

2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.

2004-2006-cı illərdə “McDermott Caspian Contractors Inc” şirkətində müxtəlif vəzifələrdə işləyib.

O, Prezident Administrasiyasına gəlməzdən əvvəl “PAŞA İnşaat” MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində çalışıb.

2020-ci ilin əvvəlində Azərbaycanın Birinci vitse-prezidentinə köməkçi təyin edilib və 2022-ci il noyabrın 24-nə kimi həmin postu tutub..

Andrey Sipilin Azərbaycanın tanınmış hüquqşünaslarından olan Ali Məhkəmənin hakimi Tatyana Qoldmanın oğludur.

Milliyətçə yəhudi olan Tatyana Aleksandrovna Qoldman 1954-cü ildə Bakı şəhərində anadan olub.