Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan qadınlarının 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan qadınlarının 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Təltif olunanlar arasında müğənni Xumar Qədimovanın da adı var. O, Əməkdar artist adına layiq görülüb.
İfaçı TİA.AZ-a təəssüratlarını bölüşüb. O, çox sevindiyini və həyəcanlı olduğunu bildirib: “Xəbərimiz yox idi, gözlənilməz oldu. Əlbəttə ki, çox sevinirəm. 8 martda mənə bundan gözəl hədiyyə ola bilməzdi. Cənab Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”.
Onu da qeyd edək ki, Xumar Qədimova sözügedən sərəncamda Əməkdar artist adına layiq görülən yeganə ifaçıdır.