backend

“Prezidentin sərəncamı ermənilərə xəbərdarlıqdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı, Qarabağ müharibəsi veteranı Elman Məmmədov Prezident İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamına münasibət bildirib. 

Milli Məclisin deputatı, Qarabağ müharibəsi veteranı Elman Məmmədov Prezident İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamına münasibət bildirib.

TİA.AZ xəbər verir ki, E.Məmmədov sözügedən sərəncamın çox vacib addım olduğunu söyləyib:

“Sərəncama əsasən, Cocuq Mərcanlıda 50 evin tikilməsi, infrastrukturun yaradılması nəzərdə tutulur. Ötən il aprel döyüşlərində Lələ təpə əməliyyatı zamanı Azərbaycan ordusu həmin yüksəkliyi nəzarətə götürdü. Bununla da həmin əraziyə nəzarət Azərbaycan ordusuna keçdi. Cocuq Mərcanlı da Cəbrayıl rayonunun həmin kəndlərindən biridir. Həmin kənddə uzun illər idi ki, düşməndən qorxmadan, çəkinmədən cəmi bir ailə yaşayırdı. Cənab Prezidentin bu sərəncamı bütün Azərbaycan xalqına ümid verdi. Yəni ki, biz o yerlərə qayıdacağıq və qayıtmağa başlayırıq”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam həm də ermənilərə xəbərdarlıqdır:

“Bir növ ermənilərə xəbərdarlıq edilib ki, bu torpaqlar bizimdir. Artıq rahat şəkildə Cocuq Mərcanlıda evlər tikməyə başlayacağıq. Eləcə də biz bütün işğal altında olan rayonlarımızda bunu edəcəyik. Əhalimizi də öz ata-baba yurdlarına qaytaracağıq”.