Prezidentin “Sənin də yumruğun, maşallah, yaxşıdır” dediyi pəhləvan: “Ruh yüksəkliyi ilə görüşdüm” – VİDEO

Prezidentin “Sənin də yumruğun, maşallah, yaxşıdır” dediyi pəhləvan: “Ruh yüksəkliyi ilə görüşdüm” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Prezidenti İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, sonra kəndə köçən bir qrup sakinlə görüşüb. Görüş zamanı dövlət başçısının sakinlərdən Sərxan Vidadi oğlu Həsənovun əlini sıxarkən “Sənin də yumruğun, maşallah, yaxşıdır” deməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə xeyli paylaşılıb.

Sərxan Həsənov Pravda.az-a müsahibəsində Prezidentlə görüşün təəssüratlarını bölüşüb:

“Əslən Xocalının Kosalar kəndindənəm. Sadəcə, Kosaları mənfur düşmənlər tamamilə məhv edib, siliblər. Getdim, babamın qəbrini ziyarət etdim, məzar daşını vurub sındırmışdılar. Biz onu bərpa etdik. Artıq Kosalarda yaşayış qurmaq üçün gecdir, kəndi pis vəziyyətə qoyublar. Elin o başı, bu başı olmaz. Ballıca da vətənimizdir, fərqi yoxdur, eyni yerdir, gəldik, məskunlaşdıq. Ailəliyəm, 4 övladım var. Cənab Prezidentlə görüşümüz, həqiqətən mənə xoş oldu. Bugünkü günə şükürlər olsun. Ruh yüksəkliyi ilə görüşdüm. Dünəndən telefonum susmur, bütün dost-tanışlar zəng edir. Kəndimiz silinsə də, sanki bərpa olundu. Allah cənab Prezidentimizin canını sağ eləsin. Pəhləvan nəslindənəm. Atam da pəhləvan olub, qardaşlarım da. Amma bunu heç vaxt nümayiş etdirməmişik. İndiyə kimi hələ ürəklə adam vurmamışam. Cənab Prezidentlə görüşəndə hiss etdi, dedi ki, sizdə də yumruq, maşallah, yaxşıdır”.

S.Həsənov onu sosial şəbəkələrdə tənqid edənlərə isə belə cavab verib: “Tənqid edənləri görsəm, cavablarını birbaşa özüm verəcəyəm. Belə şeyə qadirəm, qorxu mənlik deyil”.