Bu gün İran prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian atasının fəaliyyəti ilə bağlı öz “Telegram” kanalında paylaşım edərək, onu tənqid edənlərə cavab verib.
Tribunainfo.az xəbər verir ki, o, ölkədə nöqsanları və problemləri etiraf etmək islahatın başlanğıcı olduğunu bildirib.
Oğul Pezeşkian qeyd edib ki, prezident bu məsələdə dürüstlük nümayiş etdirir. Onun sözlərinə görə, Pezeşkianın planı və gələcəyə baxışı var, ümidi var, ancaq onun ideyaları ictimaiyyətə düzgün çatdırılmır: “Prezidentin intellektual paradiqması onu tənqid edənlərin baxışından fərqlidir”.
O əlavə edib ki, ölkədə problemlərin həlli üçün hökumət, parlament, məhkəmə, dini qurumlar və xalqın iştirakı vacibdir. “Təkrarlanan üsullarla yeni nəticə gözləmək olmaz. Hərəkət yaratmaq üçün bəzən sistemin bəzi yerlərini silkələmək lazımdır”.
Fərda Uğur