Prezidentin köməkçisi: “Azərbaycanın muzdlulara ehtiyacı yoxdur”

Prezidentin köməkçisi: “Azərbaycanın muzdlulara ehtiyacı yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan tərəfi öz cinayətlərini ört-basdır etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin tərkibində muzdluların, hansısa üçüncü ölkənin hərbçilərinin iştirak etməsi ilə bağlı yalanlar və fantaziyalar irəli sürürlər”

TİA.AZ xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözələrinə görə, Azərbaycanın muzdlulara ehtiyacı yoxdur: “Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın tapşırığını layiqincə yerinə yetirir”.