Prezidentin Katibliyi ləğv olunub, Dilarə Seyidzadə Prezidentin köməkçisi vəzifəsindən azad edilib

Prezidentin Katibliyi ləğv olunub, Dilarə Seyidzadə Prezidentin köməkçisi vəzifəsindən azad edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Dilarə Seyidzadənin Prezidentin Katibliyinin rəisi – Prezidentin köməkçisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

“Report”un xəbərinə görə, sərəncamla Dilarə Bağır qızı Seyidzadə Prezidentin Katibliyinin rəisi – Prezidentin köməkçisi vəzifəsindən azad olunub.

Dövlət başçısının digər sərəncamı ilə Prezidentin Katibliyinin rəisi – Prezidentin köməkçisi vəzifəsi ləğv edilib.