Prezidentin göstərişi ilə Vəngli kəndindəki lövhə söküldü – FOTO

Prezidentin göstərişi ilə Vəngli kəndindəki lövhə söküldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kəlbəcər rayonunun Vəngli kəndi işğal altında olarkən ermənilər tərəfindən azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən düzəldilən lövhə sökülüb.

Tribunainfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndində səfərdə olan zaman lövhənin sökülməsi barədə göstəriş verib.

Dövlət başçısının göstərişi dərhal yerinə yetirilib, ərazidə kommunal-təsərrüfat işçiləri lövhəni söküblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndində olublar.

2d622233-32d6-39c1-9410-66ed47c12504.jpg (598 KB)