Evinə basqın edilən Peru prezidenti Boluartedən kabinetə altı yeni təyinat olub.
Tribunainfo.az Euronews-a istinadən xəbər verir ki, eyni zamanda müxalifət deputatları parlamentə müraciət edərək prezident Dina Boluartenin “daimi əxlaqi çatışmazlıq” səbəbilə vəzifəsindən azad edilməsini tələb ediblər.
Dina Boluarte daxili işlər naziri Viktor Torres də daxil olmaqla altı nazirin qəfil istefa verməsindən sonra bu gün yeni adlar təyin edib.
İstefalar prezident Boluarteyə qarşı “qanunsuz varlanma” iddialarının araşdırılmasından sonra baş verib.